Bia.Az

Polisdən GÖRÜNMƏMİŞ ƏMƏLİYYAT: 2 milyardlıq aktiv müsadirə olundu

Dünya
 3-10-2023, 14:08     319

Sinqapur hüquq-mühafizə orqanları ölkədə çirkli pulların yuyulmasına qarşı əməliyyat çərçivəsində 2,8 milyard Sinqapur dolları (2 milyard dollar) dəyərində aktivləri müsadirə edib və dondurub.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, Sinqapurun daxili işlər və ədliyyə naziri Cozefin Teonun yaydığı məlumata görə, istintaq davam edir.

Sentyabrda Sinqapur bankları 1,8 milyard dollarlıq çirkli pulların yuyulması qalmaqalından sonra hesabların açılması da daxil olmaqla müştəri yoxlamalarını sərtləşdirib. Avqustda çirkli pulların yuyulması, dələduzluq və sənədlərin saxtalaşdırılması ilə bağlı cinayətlərin istintaqı çərçivəsində 10 xarici ölkə vətəndaşı həbs edilib. 400-ə yaxın polis əməkdaşının iştirak etdiyi reydlər nəticəsində qızıl-zinət əşyaları, qızıl külçələr, dizayner çantaları, nağd pullar və kriptovalyutalar ələ keçirilib. 94 mülk və 50-dən çox dəbdəbəli avtomobil müsadirə edilib, 35 bank hesabı dondurulub.скачать dle 12.1