Bia.Az

Bu işdə MEDİA-nın yaratdığı ab-hava qabarıq şəkildə hiss olundu... - Başqa nə gözləyirdik ki?

Cəmiyyət
 2-10-2023, 10:33     336

Bizim “peşəkar”, dövlətdən maliyyə alan mediamız Qarabağdan köçən ermənilərin sayı ilə bağlı Ermənistanın yalan təbliğatına geninə-boluna dəstək verdi. Yazırlar ki, artıq Ermənistanı tərk edənlərin sayı 100 minə (?) çatdı.

Bunu sübut edən kifayət qədər skrinlər də etmişəm.


İstinad mənbələri də Ermənistanın rəsmi qurumlarıdır. 100 minin qabağına heç olmasa, “Ermənistanın yalan iddialarına görə” sözlərini də əlavə etmirlər. Çünki keyfiyyət deyil, kəmiyyət dalınca qaçırlar. 20 “özəl” xəbər və İP ( baxış sayı) yarışına giriblər. Bəs ideoloji iş?..


Belə çıxır ki, biz güya Qarabağda 120 min erməninin yaşadığını təsdiqləyirik? Qarabağda hansı sayda ermənin yaşadığını Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə deyib. Yaxşı olardı ki, bu məsələdə elə ölkə başçısının səsləndirdiyi rəqəmlərə istinad edəsiniz, nəinki erməni mediasına.

Məhəmmədəli Qəribli
DİA.AZ
скачать dle 12.1