Bia.Az

Priqojinin ölümündən əvvəlki ən son videogörüntüləri yayıldı – VİDEO

Dünya
 2-10-2023, 00:51     343

İnternetdə rusiyalı iş adamı, “Vaqner” qrupunun sahibi Yevgeni Priqojinin Afrikaya son səfərindən bəhs edilən video yayılıb. Görüntüləri “Priqojinin şapkası” Telegram kanalı paylaşıb.

Videoda "Vaqner" özəl hərbi şirkətinin (PMC) əsas komandiri, “Doqquzuncu” adlandırılan Dmitri Utkin aydın şəkildə görünür. O, Tver vilayətində Priqojinlə birlikdə təyyarədə həlak olub. Həmçinin videoda “Vaqner”in hazırkı komandiri, “Lotus” Anton Yelizarov da görüntülənir.
Videoda Priqojinlə “Zombi” adlandırılan Vaqner döyüşçüsü Boris arasındakı söhbət anları da yer alır. Məsələn, Priqojin Borisə lağ edir, ona Ukraynadakı döyüş bölgəsinə (xüsusilə Baxmuta) səfəri yuxuda gördüyünü deyir.

Qeyd edək ki, videonun Priqojinin Afrikadakı vəziyyət və orada Vaqnerin işi haqqında danışdığı birinci hissəsi əvvəllər internetdə yayılmışdı. Priqojin videoda “Vaqner Rusiyanı bütün qitələrdə daha da böyük, Afrikanı isə daha azad edir” deyir. Daha sonra Priqojin, Utkin və PMC rəhbərlərinin təyyarədə uçmasını əks etdirən kadrlar dərc olunur.

Təyyarədə Priqojin yemək yeyir, butulkadakı su ilə yuyunur. Daha sonra Priqojin və Utkinin PMC komandirləri ilə görüşündən kadrlar göstərilir. Onlar planlar haqqında danışırlar, kadrda hərbi əməliyyatların xəritəsi çəkilir. Komandirlərin üzləri bulanıqdır. Sonra Prigojinin avqust ayında qeydə alınmış və özünün aradan götürüldüyünü deyənlərə müraciəti göstərilir, burada iş adamı onunla bağlı hər şeyin qaydasında olduğunu iddia edir.

Videoda Priqojin təxminən 10 il əvvəl Moskvaya görüşlərə getmək üçün aldığı helikopterini də nümayiş etdirib. Bildirir ki, indi “quldurları qovmaq” üçün helikopter dəyişdirilib və üzərinə pulemyot quraşdırılıb. Bundan əlavə, videoda Priqojinin yerli sakinlərlə, o cümlədən onlara qara çanta paylayan iş adamı ilə ünsiyyətdə olan görüntüləri var - çox güman ki, bunlar humanitar yardımlardır.
 
Musavat.com 
скачать dle 12.1