Bia.Az

Şahramanyan hələ də Xankəndidədir

Cəmiyyət
 1-10-2023, 23:35     369

Qarabağdakı keçmiş və artıq ləğv edilmiş separatçı-terrorçu xuntanın “başçısı” Samvel Şahramanyan hələ də Azərbaycanın Xankəndi şəhərindədir.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Qeyd olunur ki, Şahramanyan Ermənistana köçmək istəyən və müxtəlif səbəblərdən hələ də Qarabağda olan ermənilərin problemini (? – red.) həll etməyə çalışır.

Xatırladaq ki, Şahramanyanla bərabər, keçmiş xuntanın keçmiş başçıları – Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyan da Azərbaycanı tərk edə bilməyiblər.скачать dle 12.1