Bia.Az

Mirzə Sakit: Bütün bu sevinci bizlərə yaşadan şəxsə ucadan demək istəyirəm: Yaşa, var ol

Cəmiyyət
 30-09-2023, 11:44     517

Biz hər zaman hər kəsə (xüsusilə hakimiyyətdə olanlara) ədalətli olmağı tövsiyə etmişik. Afn.az xəbər verir ki, bunu mühacirətdə olan satirik şair Mirzə Sakit özünün sosial şəbəkə hesabında yazıb. O, daha sonra qeyd edib: "Şəxsən mən bu hakimiyyəti həmişə çox sərt tənqid atəşinə tutmuşam. Özü də Azərbaycanda olarkən tənqid etmişəm. Tənqidlərim qəzet səhifələrində dərc olunub. Hər bir məmuru... Başda prezident olmaqla adlarını çəkmişəm. Buna görə söyülmüşəm, döyülmüşəm, həbsə atılmışam. Və bütün bu çəkdiyim əzablara görə heç vaxt peşman olmaram. Bu mənim vətəndaşlıq mövqeyimdir.
 
Amma və lakin hər kəsə ədalətli davranmağı tövsiyə ediriksə, ilk öncə o ədalətin özümüzdə də olmasına cəhd etməliyik. Yaxşıya-yaxşı, pisə-pis deməyi bacarmırıqsa, demək ki, bizdə ədalətin heç "Ə" hərfi də yoxdur. Bu günlər biz Ordumuzun şücaətinin sevincini yaşayırıq. Şəhidlərimizin ruhları şad olsun, Qazilərimiz sağ olsunlar. Və bütün bu sevinci bizlərə yaşadan şəxsə ucadan demək istəyirəm: YAŞA, VAR OL!!!скачать dle 12.1