Bia.Az

Zərdabdakı “tender oyununu” udan şirkətin arxasında kim durur? - “Bu qohumluq əlaqəsinə görə, dövlətin vəsaiti talan edilir...”

Bölgə
 2-05-2020, 19:13     542

Zərdabdakı “tender oyununu” udan şirkətin arxasında kim durur? - “Bu qohumluq əlaqəsinə görə, dövlətin vəsaiti talan edilir...”
Zərdab rayonu Məlikumudlu kənd sakini Mehdiyev Sarənc Nəsrəddin oğlu tərəfindən “AzPolitika.info”-ya ünvanlanan məktubda rayonun mərkəzi küçələrinin asfaltlanması ilə bağlı keçirilən tenderə dair maraqlı məlumatlar yer alıb.

S.Mehdiyev iddia edir ki, tender zamanı aşkar korrupsiya hallarına yol verilib və bu işin başında duran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun qohumu, Zərdab Yol İstismarı İdarəsinin müdiri Elman Cəvadidir: “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun yaxın qohumu, Zərdab Yol İstismarı İdarəsinin müdiri Elman Cəvadiyə törətdiyi əməllərə görə “gözün üstə qaşın var” deyən yoxdur. Belə ki, Zərdab rayonunun mərkəzi küçələrinin asfalt örtüyü ilə təmin olunması üçün keçirilən tenderin qalibi bir Ağcabədi sakininin adına təsis edilmiş “İnşaat Serviz-2” MMC elan olunub. Hansı ki, həmin “İnşaat Serviz-2” MMC-nin yolların təmir edilməsi üçün avadanlığı, asfalt zavodu və İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xüsusi lisenziyası yoxdur.”

Zərdabdakı “tender oyununu” udan şirkətin arxasında kim durur? - “Bu qohumluq əlaqəsinə görə, dövlətin vəsaiti talan edilir...”

Şikayətçi daha sonra bildirir ki, tenderi “İnşaat Serviz-2” MMC udduğu halda, işləri Elman Cəvadinin rəhbərliyilə Zərdab rayon Asfalt Zavodu aparır. Bu da “tender oyunu”nun qurama olduğunu, işin əsl sahibinin isə E.Cavadi və onun arxasında duran şəxslər olduğunu təsdiqləyir: “Tenderin qalibi “İnşaat Serviz-2” MMC olsa da, Zərdab şəhər daxili yolların çəkilişini hazırda Zərdab rayon Asfalt Zavodu aparır. Bu isə açıq-aşkar cinayət əməlidir. Çünki qanuna əsasən işi tenderi udmuş şirkətin özü görməlidir. Zərdab rayon Yol İstismarı İdarəsinin bu işləri görməsi tam qanunsuzluqdur.”

S.Mehdiyev bildirir ki, bu işdə əsas məqsəd dövlət vəsaitinin talanmasıdır. Baş verənlərin arxasında E.Cəvadilə yanaşı Saleh Məmmmədov və onun qudası durur: “Bu maxinasiya ancaq dövlət vəsaitinin talan olunması üçün edilib. Hazırda Zərdab rayon Yol İstismarı İdarəsinin vuduğu asfalt örtüyünün qalınlığı sənəddə 6-7 sm qeyd edilsə də, əslində 2-3 sm-dir ki, bunu da adi qaydada ölçmək mümkündür.

Zərdabdakı “tender oyununu” udan şirkətin arxasında kim durur? - “Bu qohumluq əlaqəsinə görə, dövlətin vəsaiti talan edilir...”

Elman Cəvadi bu əməllərini Saleh Məmmədova arxayın olaraq törədir. Çünki Elman Cəvadi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Əflatun adlı şöbə müdirinin yaxın qohumudur. Əflatun müəllim isə sədr Saleh Məmmədovun qudasıdır. Bu qohumluq əlaqəsi Elman Cəvadiyə qol-qanad verib deyə, dövlətin ayırdığı vəsaiti bu cür talan edir...”

Şikayətçi sonda ölkə rəhbərliyinə və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək, sadaladığlı faktların araşdırılmasını və lazımi ölçü götürülməsini xahiş edir.

“AzPolitika.info” yazıda adı keçən bütün şəxslərin mövqeyini dərc etməyə hazırdır.скачать dle 12.1