Bia.Az

NƏHAYƏT! Azərbaycan hərbçiləri və Azərbaycan polisi Xankəndidə - möhtəşəm görüntülər CANLIda

Cəmiyyət
 29-09-2023, 11:43     580

Azərbaycan hərbçilərinin və polisinin Xankəndidə olduğuna dair görüntülər yayılıb. Azərbaycan polisinin Xankəndi şəhərinin mərkəzində, məşhur “Biz və bizim dağlar” abidəsinin qarşısında olmasını əks etdirən görüntülər yayılıb.

Sosial şəbəkələrdə yayılan videolarda Azərbaycan polisinə aid maşınların və bir neçə polisin abidənin qarşısında dayandığı görünür. Qeyd edək ki, bu abidə 1967-ci ildə Azərbaycan büdcəsindən ayrılan vəsait hesabına tikilib. Qarabağdakı ermənilər bu abidəni öz simvolları olaraq tanıdırlar. Abidənin adı ilk olaraq “Nənə və baba” qoyulub, lakin Azərbaycan hökuməti buna etiraz etdikdən sonra bu ad “Biz və bizim dağlar” ilə əvəzlənib.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyndir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


скачать dle 12.1