Bia.Az

Cənubi Sudan Prezidentinin çətin anları - Putin belə kömək edə bilmədi (FOTO)

Dünya
 29-09-2023, 01:48     531

Cənubi Sudan Prezidenti Salva Kiir Mayardit ilə Rusiya lideri Vladimir Putin arasında bu gün paytaxt Moskvada baş tutan görüş zamanı maraqlı anlar yaşanıb.

"AzPolitika.info" xəbər verir ki, Putinlə birlikdə kameralar qarşısına keçərək açıqlama verən Mayardit tərcümə üçün lazım olan qulaqcığı taxa bilməyib. Putin qulaqcığı taxa bilməyən Mayarditə kömək etməyə çalışsa da, bu bir nəticə verməyib.

Mayarditin bir dəqiqədən artıq davam edən bu səyləri uğursuz olub və sonda köməkçilərin birindən yardım almağa məcbur olub.

Cənubi Sudan liderinin bu anları sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.

Qeyd edək ki, Mayardit 13 ildir ki, Cənubi Sudana rəhbərlik edir.
скачать dle 12.1