Bia.Az

"Bu, İtaliya futbolunun ölüm fərmanı olacaq"

Gündəm
 30-04-2020, 18:00     399

"Bu, İtaliya futbolunun ölüm fərmanı olacaq"İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina koronavirus səbəbindən təxirə salınan mövsüm haqda danışıb.

bia.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, mövsümü ləğv etmək barədə heç vaxt qərar verməyəcəyini deyib:

"Mən prezident olduğum müddətdə heç vaxt mövsümün ləğvi ilə bağlı qərar verməyəcəyəm, çünki bu, İtaliya futbolunun ölüm fərmanı olar. Hər kəsin maraqlarını qorumağa çalışıram. Mövsüm ləğv olunsa, futboldan itki 700-800 milyon avroya çatacaq. Azarkeşsiz keçiriləcək matçlarda zərər 300 milyon avro olacaq. Azarkeşlərlə başlasaq isə 100-150 milyon avro itirəcəyik . Əlbəttə ki, sonuncu seçim mümkün deyil".

Qeyd edək ki, Niderland və Fransada bu mövsüm ləğv olunub.скачать dle 12.1