Arxiv

Oxunub:1143 / 24 avq 11:17sosial, gundem

Biz atdığımız hər bir addımın məsuliyyətini daşıyırıq, məsuliyyətlərimiz çoxaldıqca böyüyürük - “Veysəloğlu” Şirkətlər Qrupu - ÖZƏL



Biz atdığımız hər bir addımın məsuliyyətini daşıyırıq, məsuliyyətlərimiz çoxaldıqca böyüyürük - “Veysəloğlu” Şirkətlər Qrupu - ÖZƏL















Əlverişli biznes şəraitinin olduğu və sosial-iqtisadi inkişafın vüsət aldığı bir dönəmdə özəl sektorun yaranması ölkə iqtisadiyyatına öz müsbət töhvəsini verməkdə idi.

1994-cü ildən topdan satış mərkəzi kimi fəaliyyətə başlamış “Veysəloğlu” satış və distribüter şirkəti ilk illərində yalnız Türkiyə Respublikasından qida məhsullarının idxalı ilə məşğul olurdu. Düzgün hədəf, düzgün seçim, düzgün qərar və birgə iş bu şirkəti uğurdan-uğura aparırdı. Mehriban kollektiv və məsuliyyətli yanaşma qarşıya qoyulmuş hədəfləri dəf etməyə yardımçı olurdu.

İldən-ilə inkişaf edərək, qısa müddət ərzində dövrün tələblərinə uyğun müasir texnologiya ilə təchiz olunaraq geniş ticarət şəbəkəsi qurmuş “Veysəloğlu” satış və distribüter şirkəti hazırda yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət holdinqinə çevrilib.

Şirkətimizin Bakı şəhərində yerləşən mərkəzi anbarı, Cənub bölgəsini əhatə edən Salyan filialı, Qərb bölgəsini əhatə edən Mingəçevir filialı fəaliyyət göstərməkdədir. Mərkəzdən uzaqda yerləşsələr də, hər iki filial dövrün tələblərinə uyğun ən son texnoloji vasitələrlə təchiz olunub.


******************

Azərbaycan bazarında mövcud olan bütün ticarət nöqtələrinə yüksək keyfiyyətli satış xidməti göstərmək, alıcı rəğbətini qazanmaq, bu yolda ən son və ən müasir vasitələrdən istifadə etmək əsas məqsədimizdir.

Fəaliyyətimiz çərçivəsində əməkdaşlıq etdiyimiz xarici istehsalçılarla distribüterlik səviyyəsində çalışırıq. Şirkətimizin müasir anbar infrastrukturuna malik olması və dünyanın 100-dən çox aparıcı istehsalçılarının distribüterliyini həyata keçirməsi inkişafımıza daima təkan verir. Şirkətin qarşıya qoyduğu əsas məqsəd həmçinin hazırda respublikamızda mövcud olan bütün satış nöqtələrinə yüksək keyfiyyətli xidmət göstərmək, alıcı rəğbəti qazanmaq, bu yolda ən son və ən müasir vasitələrdən istifadə etməkdir.

Bunun nəticəsi olaraq satışını təşkil etdiyimiz məhsullara olan tələbatın artması nəticəsində son illərdə şirkətdə çalışanların sayı sürətlə çoxalıb. Şirkətimizin təqribən 80%-i gənclərdən ibarətdir. Çox sevindirici haldır ki, “Veysəloğlu”nun bir çox vəzifəli şəxsləri vaxtı ilə bu şirkətdə sıravi işdə çalışmış insanlardır. Bunun daxili nizam-intizam, motivasiya, ədalətlilik və çalışqanlığın göstəricisi olduğunu cəsarətlə deyə bilərik. Bütün bunlar isə nəticədə düzgün satış komandasının formalaşmasına, inkişaf etməsinə ciddi təsir göstərən amillərdir.


******************

- Müştərilərimizi və əməkdaşlarımızı dinləyərək yaranan problemləri ən qısa zamanda həll etməklə məmnuniyyətlərini təmin etmək ilk işimizdir.

- Təşkilati strukturun hansı səviyyəsində çalışılmasından asılı olmayaraq, məsuliyyətini daşıdğımız işlərin liderliyini öhdəmizə götürür, işimizi sahiblənirik.

- Biz inandığımız dəyərlərimizi yaşatmaqla, inkişafımız və peşəkar fəaliyyətimiz, davranışlarımız, təqdim etdiyimiz məhsul və xidmətlərimizlə nümunəvi olmağı özümüzə vəzifə bilirik.

- İşçilərimizlə, partnyorlarımızla münasibətlərimizdə qarşılıqlı ədaləti korporativ uğurun ən önəmli şərti olaraq görürük. Hər kəsə qarşı hər zaman ədalətli olmaq, ədalətli addım atmaq, ədalətli yanaşmaq, problemləri ədalətli həll etmək bizim əsas prinsipimizdir.

- Eyni hədəf üçün tək komanda olaraq çalışırıq. Bizim uğurumuz şirkətimizin uğuru, şirkətimizin uğuru hamımızın uğurudur. Şirkətimizə bağlıyıq və ondan güc alırıq.

- Gücümüzü yenilikçiliyimizdən və yaradıcılığımızdan alırıq. Tənqidə açığıq, fərqli fikirlərə önəm verir və inkişafa yol açırıq.

- Biz atdığımız hər bir addımın məsuliyyətini daşıyırıq, məsuliyyətlərimiz çoxaldıqca böyüyürük.


******************

Şirkətimiz peşəkar satış komandasından, təcrübəli marketoloqlardan, yerli və xarici universitetlərdə təhsil almış savadlı, təcrübəli mütəxəssislərdən ibarət bir kollektiv ilə daima inkişafa doğru addımlayır.

Müştərilərə keyfiyyətli xidmət göstərmək, həmçinin xidmət nöqtələrində olan əməkdaşlarımızın müştərilərlə yüksək səviyyədə işini təşkil etmək üçün əl terminalları vasitəsi ilə onlayn olaraq məlumat mübadiləsi aparılır. Alınan sifarişlər tez bir zamanda müştərilərimizə çatdırılır.

Missiyamız Azərbaycan bazarında mövcud olan bütün ticarət nöqtələrinə yüksək səviyyəli satış xidməti göstərməkdir. Yarandığı ilk gündən uğurlu və xeyirxah bir yolda cəsarətli addımlar atan “Veysəloğlu” Şirkətlər Qrupu bundan sonra da qarşıya qoyduğu məqsədə doğru inamla gedəcək və Azərbaycan iqtisadiyyatına öz təkrarsız töhvəsini verəcəkdir. Necə deyərlər, hələ qarşıda nə qədər keçiləsi yol, açılası səhər var. Axı “Veysəloğlu” Şirkətlər Qrupu bu günlə bərabər, həm də sabahın, gələcəyin şirkətidir.

******************

“Veysəloğlu” Şirkətlər Qrupu əlverişli iqtisadi mühit şəraitində daha da inkişaf edərək özünün istehsalat sahələrini yaradıb. Şirkət insan amilinə önəm verərək 2001-ci ildən etibarən şokolad və karamel istehsalına başlayıb. Qrupumuza daxil olan “Ulduz” şokolad fabrikinin fəaliyyətə başlaması respublikamızın iqtisadiyyatında qənnadı və yeyinti sahəsinin inkişafına güclü təkan verdi. Fabrikin fəaliyyətə başlaması daxili istehsala, qənnadı və yeyinti sənayesinə yeni keyfiyyət, yeni dad gətirdi.

Hər zaman istehlakçılara yüksək keyfiyyətli məhsullar təklif edən fabrikdə bu gün müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb. Müəssisəmizdə yaradılan şərait, texnoloji avadanlıqların daim yenilənməsi “Ulduz” şokolad fabrikini qida sənayesi sektorunda qabaqcıl şirkətlərdən birinə çevirib.

İstehsal prosesində keyfiyyətə daim önəm verən şirkətin rəhbərliyi bunun üçün Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmini öyrənib, fabrikdə yeni müasir avadanlıqlar quraşdırılıb. Tamamilə avtomatlaşdırılmış müasir qurğuların istismara verilməsi sayəsində məhsul istehsalı artırılıb və fabrikdə dünyanın ən qabaqcıl müəssisələri ilə rəqabət apara biləcək modern iş şəraiti qurulub.