Bia.Az

Ermənistan Baş prokurorluğu Samvel Babayanın dediklərini araşdırmağa başladı

Siyasət
 28-09-2023, 19:36     384

Ermənistanın Baş Prokurorluğu Samvel Babayanın yerli “OTA” kanalında söylədiklərini araşdırmağa başlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Babayan həmin efirdə Qarabağ separatçılarının keçmiş və indiki rəhbərliyinin əl-ələ verərək qondarma qurumu təslim etdiyini söyləmişdi.

Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti rəsmi məlumat yayaraq onun söylədiklərini incələyəklərini açıqlayıb.скачать dle 12.1