Bia.Az

Şarmazanov: “100 ildən sonra biz özümüzü eyni çuxurda tapdıq”

Dünya
 28-09-2023, 17:52     335

“Yüz il sonra biz eyni çuxura düşdük”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi Ermənistanın müxalifətdə olan Respublika partiyasının İdarə heyətinin üzvü Eduard Şarmazanovdur.

“Təslimçi (Paşinyanı nəzərdə tutur-red.) bizə plankanı aşağı salmağı və yalnız belə olan halda, beynəlxalq birliyin yanımızda olacağını dedi.
Doğrudan da o, aşağı düşdü və Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı.

Bəs beynəlxalq konsolidasiya baş verdimi?

Bəli, baş verdi, amma ermənilərin Qarabağdan köçməsi ətrafında.

Biz başa düşmədik ki, Qarabağ məsələsi yoxdur, erməni məsələsinin Qarabağ təzahürü var.

Biz “dövləti” (qondarma qurumu nəzərdə tutur-red.) dağıtdıq, onu icmaya çevirdik, indi də yavaş-yavaş azərbaycanlaşmaya doğru gedirik.
Əgər əvvəllər insanlar Qarabağdakı “qəhrəmanlıq” müharibələrinin iştirakçısı olduqları ilə fəxr edirdilərsə, indi bunlar Bakı həbsxanalarından yayınmaq üçün bu barədə ucadan danışmaqdan çəkinirlər.

100 il sonra biz özümüzü eyni çuxurda tapdıq.

Burbonlar kimi biz də heç nə öyrənməmişik və heç nə unutmamışıq...”,-deyə Şarmazanov qeyd edib.
скачать dle 12.1