Bia.Az

İrəvanın qərarı Rusiyaya qarşı düşmənçilikdir - Peskov

Dünya
 28-09-2023, 17:47     328

Ermənistanın Roma Statutunu ratifikasiya etmək qərarı Rusiyaya qarşı düşmənçilikdir.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ermənistan çox yaxşı bilir ki, biz Roma Statutunun tərəfi deyilik və bunun əsasında qəbul edilmiş çətin qərardan, Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verməsindən yaxşı xəbərdardır. Biz bilirik ki, bu, İrəvana çox yaxşı məlumdur. Bu bizim dəstəkləyəcəyimiz bir şey deyil”, - Peskov bildirib.скачать dle 12.1