Bia.Az

Ermənistanın məkrli Qərbi Azərbaycan planı - “erməni gedişi”nin pərdəarxası...

Gündəm
 28-09-2023, 16:58     242

Qarabağdan köçən ermənilər qərbi azərbaycanlıların evlərinə yerləşdirilir
Qarabağda bir sutkalıq lokal antiterror tədbirlərindən sonra Azərbaycan vətəndaşı olaraq qalıb yaşamaq istəməyən ermənilər Ermənistana köçürlər. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dünən “DW” nəşrinə açıqlamasında deyib ki, Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir.
Onun sözlərinə görə, Qarabağı tərk etmək sakinlərin şəxsi və fərdi qərarlarıdır. Prezidentin köməkçisi əlavə edib ki, antiterror tədbirləri zamanı Qarabağda mülki əhali və mülki infrastruktur hədəfə alınmayıb.
Köçənlərin əksəriyyətinin TV-lərə verdiyi açıqlamalardan isə bəlli olur ki, işğal zamanı Qarabağda qanunsuz məskunlaşdırılan ermənilərdir. Ermənilər televiziyalara müsahibələrində Azərbaycandan könüllü olaraq köçdüklərini deyirlər. Ermənistan mediasında yayılan xəbərlərə görə, Ermənistan hökuməti Qarabağdan gələn erməni əhalini paytaxt İrəvana buraxmamaq və əsasən azərbaycanlıların 1988-ci ildə deportasiya edildiyi vilayətlərə, kəndlərə yerləşdirmək göstərişi verib.

 Oktay Qasımov
Politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Qarabağdan hazırda Ermənistana gedən ermənilər Gorusda qəbul olunur və onlar Ermənistanda müəyyən olunmuş bir neçə istiqamətlərdə yerləşdirilir. Bu yerləşdirmə məntəqələri əsas üç istiqamətdə həyata keçirilir: “Birincisi Zəngəzurda, ikinci Dərələyəz, üç Göyçə istiqamətləri. Bu istiqamətlərin seçilməsi daha çox Ermənistanın daxilindəki hazırkı gərgin ictimai-siyasi vəziyyətlə əlaqədardır. Nikol Paşinyan hakimiyyəti hazırda Qarabağdan gələn və gələcək kütləvi etiraz aksiyalarının əsas kütləsinə çevrilə biləcək şəxslərin İrəvana yerləşməsində maraqlı deyil. Ona görə də həmin erməniləri mümkün qədər İrəvandan uzaq tutmağa çalışırlar. Ermənilərin yerləşdirildiyi həmin ərazilər vaxtilə bizim soydaşlarımızın yaşadığı və deportasiya edildiyi ərazilərdir. Həmin torpaqlar tarixən də azərbaycanlıların torpaqları olub. Əslində hazırkı bütün Ermənistan ərazisi bizim tarixi torpaqlarımızdır. Yüz il öncə bu torpaqlarda Ermənistan adlı bir dövlət süni şəkildə qurulub. Qarabağdan gedən ermənilərin qərbi azərbaycanlıların tarixən yaşadığı Göyçə, Zəngəzur, Dərələz ərazilərinə yerləşdirilməsi həm də bir zamanlar deportasiya olunmuş azərbaycanlıların həmin torpaqlara qaytarılması məsələsinin Azərbaycan tərəfindən ciddi şəkildə gündəmə gətiriləcəyindən Ermənistanın narahatlıq keçirməsi ilə əlaqədardır. Ermənistan hakimiyyəti azərbaycanlıların deportasiya edildiyi həmin əraziləri mümkün qədər daha çox erməni əhali ilə doldurmağa çalışır”.
Politoloqun fikrincə, azərbaycanlıların evlərinə Qarabağdan gedən erməniləri yerləşdirməklə Ermənistan hökumətində hesab edirlər ki, gələcəkdə Azərbaycan dövlətinin qaldıracağı məsələnin qarşısına guya hansısa ciddi arqument çıxaracaqlar: “Ermənistan hökumətinin nə etməsi və nə düşünməsindən asılı olmayaraq Azərbaycanın azərbaycanlıları Qərbi Azərbaycandan deportasiya edilmiş yurdlarına geri qaytarmaq məsələsini ən yüksək səviyyədə rəsmi olaraq qaldırması mümkündür və lazımdır. Əslində Qərbi Azərbaycan İcması artıq bu məsələni qaldırır. Heç təsadüfi deyil ki, bu il iyunun 15-də Brüssel görüşündə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel verdiyi açıqlamada bu məsələyə də toxundu və Ermənistanda da bu mövzuda ciddi diskussiyalar aparıldı. Hətta bununla bağlı Ermənistanda baş nazir olmuş şəxslər belə, açıqlamalar verdilər. Hesab edirəm ki, bu məsələ gündəmdədir. Bu həftə Azərbaycan Milli Məclisində Qərbi Azərbaycanla bağlı keçirilən dinləmələr də bunu deməyə əsas verir. İyulun 25-də Moskva görüşündə də Rusiyanın xarici işlər naziri hər ki tərəfin milli azlılqlarla əlaqədar beynəlxalq konvensiyalara əməl etməsi ilə bağlı bir çağırış etdi. Bu o deməkdir ki, bəli, bizim Qərbi Azərbaycandan olan soydaşlarımızın məsələləri də sülh prosesi ilə bağlı danışıqlarda mövzulardan biridir. Hesab edirəm ki, qərbi azərbaycanlıların öz torpaqlarına qaytarılması məsələsi artıq qaldırılıb”.
Bakupost.az - Aydın Quliyev televiziya açır - VİDEO
Aydın Quliyev
Siyasi şərhçi, “Bakı xəbər” qəzetinin təsisçisi Aydın Quliyev isə bildirib ki, erməniləri Qarabağdan Ermənistana kütləvi daşıyanların 2 məkrli hədəfi var: “Erməniləri Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların evlərində yerləşdirirlər. Xankəndi və onun ətrafındakı xunta yuvası dağıdılandan sonra yerində qalan sadə ermənilərin Azərbaycandan köçüb getmələri üçün biz tərəfdən heç bir təzyiq göstərilmədiyi halda, Ermənistan hakimiyyətinin və bəzi başqa qüvvələrin təşkilatçılığı ilə ermənilərin kütləvi daşınıb aparıldığı barədə məlumatlar var. Ermənilər özləri Azərbaycandan gedirlər və Paşinyan hakimiyyəti onlar üçün Azərbaycanda birbaşa təhlükənin olmadığı barədə danışmaqla bərabər, çox qəribə məntiqlə onu da deyir ki, azı 40 min erməninin lazım gələcəyi halda Ermənistana təxliyə etmək planlarımız var. Beləliklə, bir tərəfdən təhlükə olmadığını deyirlər, o biri tərəfdən isə özləri erməniləri köçürüb apararaq "etnik təmizləmə “ şivəni qoparırlar... Bunlar məsələnin yalnız görünən tərəfləridir. Mahiyyətdə isə daha dəhşətli mətləblər var. İndi Azərbaycanda hər kəs bu maraqlı sual üzərində düşünür ki,  erməniləri ölkəmizdən qovan olmadığı halda, həyatlarına  prezident səviyyəsində təminat verildiyi halda, onlar niyə belə apar-topar daşınıb gedirlər?! Biz onları qovmuruq, təbii ki, əl-ayaqlarına düşüb "qalın" deyə iltimas etmək fikrimiz də yoxdur. Lakin bütün ağıllı adamların versiyasına görə ortada yeni bir məkrli erməni planının elementləri var. Saysız mənbələri araşdırmağım nəticəsində belə bir məlumata çatmışam ki, Ermənistan hakimiyyəti Qarabağ iqtisadi zonasından daşıyıb apardığı erməniləri 1988- 89-cu illərdə Qərbi Ermənistandan qovulmuş soydaşlarımızın kəndlərində, qəsəbələrində, evlərində yerləşdirirlər, bunu məqsədyönlü şəkildə təşkil edirlər, hətta Qarabağın  erməni sakinlərini bəzən maraqlandırırlar da. Ermənistan hakimiyyətinin bu məkrli əməliyyatının arxasında 2 əsas hədəfin olduğuna əminəm:
1.Bütün istiqamətlərdə və mövqelərdə total məğlub olmuş “Ermənistançı qüvvələr” (dövlət, diaspor, lobbi və müttəfiq ölkələr) müəyyən müddətdən sonra Azərbaycanı Qarabağda tam etnik təmizləmədə ittiham etmək üçün baza hazırlayırlar .
2.Qarabağdan köçürülmüş erməniləri 1988-89-da qovulmuş qərbi azərbaycanlıların evlərində yerləşdirməklə qərbi azərbaycanlıların öz ata-ana ocaqlarına qayıtmalarını əngəlləmək istəyirlər. Yəqin ki, az sonra Ermənistanın ruporları bağıracaqlar ki, əgər Qarabağda erməni qalmadısa, Ermənistanda niyə azərbaycanlılar olsun?!"/Musavat.com/скачать dle 12.1