Bia.Az

Kremldən TƏCİLİ Vardanyan açıqlaması: Onu hansı cəza gözləyir? Sülhəddin Əkbərlə CANLI

Cəmiyyət
 27-09-2023, 17:24     252

Kreml erməni əsilli iş adamı, Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma rejimin “dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb, Bakıya gətirilməsinə münasibət bildirib. Kremlin sözçüsü Dmitri Peskov onda belə bir məlumatın olmadığını söyləyib. “Yox, məndə belə bir məlumat yoxdur, ona görə də bu barədə heç nə deyə bilmərəm... Onun saxlanmasından xəbərim yoxdur. Kim saxlanılıb, ümumiyyətlə saxlanılıbmı və onun Rusiya vətəndaşlığı varmı bilmirəm”, - Kremlin sözçüsü Vardanyanın saxlanması ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib. Eyni zamanda o əlavə edib ki, əgər Vardanyanın Rusiya vətəndaşlığı varsa, o zaman Rusiyada onun hüquqları qorunacaq.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu analitik, təhlükəsizlik sahəsi üzrə mütəxəssis Sülhəddin Əkbərlə hadisələri təhlil edir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
скачать dle 12.1