Bia.Az

Baş nazir və hökumətin daha üç üzvü koronavirusa yoluxdu

İdman
 30-04-2020, 16:56     756

Baş nazir və hökumətin daha üç üzvü koronavirusa yoluxduAfrika ölkəsi Qvineya-Bisauda Nazirlər Kabinetinin rəhbəri və digər üç üzvü koronavirusa yoluxub.

“bia.az” “Anadolu”ya istinadən xəbər verir ki, bunlar baş nazir Nuno Qomes Nabiam, daxili işlər naziri Botçe Kande, ictimai asayiş məsələləri üzrə dövlət katibi Mario Fambe və regional inteqrasiya məsələləri üzrə dövlət katibi Monika Buayrodur.

Qeyd edək ki, Qvineya-Bisauda aktiv koronavirus xəstələrinin sayı 185 nəfərdir. Ölkədə ilk ölüm faktı aprelin 26-da qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 230 000-i ötüb. Bunların 1 007 136 nəfəri sağalıb, 228 394 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.скачать dle 12.1