Bia.Az

9 gün sonra qovulduğu üçün 3 milyon avro alacaq

Gündəm
 30-04-2020, 15:10     393

9 gün sonra qovulduğu üçün 3 milyon avro alacaq"Bolonya"nın baş məşqçisi Sinişa Mixayloviç "Sportinq"dən qovulduğu üçün 3 milyon avro təzminat alacaq.

bia.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb. Bildirilib ki, ötən ilin iyulunun 18-i Portuqaliya klubuna baş məşqçi təyin olunan mütəxəssislə 9 gün sonra 3 illik müqaviləyə xitam verilib.

İdman Arbitraj Məhkəməsi (CAS) Lissabon təmsilçinin 50 yaşlı mütəxəssisə 3 milyon avro ödəməli olduğuna dair qərar çıxarıb.

Qeyd edək ki, S.Mixayloviç CAS-a müraicət edərək 11.2 milyon avro təzminat istəmişdi.скачать dle 12.1