Bia.Az

Blinken Hakan Fidanla görüşündən yazdı- Qarabağ MÜZAKİRƏSİ

Siyasət
 23-09-2023, 12:18     293

ABŞ-ın dövlət katibi Antoni Blinken X-dəki mikrobloqunda BMT Baş Assambleyası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışdıqları barədə məlumat açıqlayıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. “Mən BMT Baş Assambleyasında Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ-Türkiyə arasında geniş tərəfdaşlıq, Qara Dəniz Taxıl Təşəbbüsünün canlandırılması səyləri, Qarabağdakı humanitar vəziyyət və İsveçin NATO-ya üzvlüyünün başa çatması barədə danışdım”, - Antoni Blinken yazıb.

Bundan əvvəl TASS Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən xəbər vermişdi ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken Nyu-Yorkda taxıl müqaviləsi, İsveçin NATO-ya qəbulu və Qarabağda baş verən son hadisələri müzakirə ediblər.скачать dle 12.1