Bia.Az

Cəlilabadda məktəbdə külli miqdarda dövlət əmlakı ələ keçirilib, cinayət işi başlanılıb

Cəmiyyət
 23-09-2023, 12:12     256

Cəlilabadda təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

“Report” xəbər verir ki, bu barədə Cəlilabad Rayon Prokurorluğu məlumat yayıb.

Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı həmin məktəbdə 08.10.2018-ci ildən 10.03.2023-cü ilədək olan dövr ərzində külli miqdarda dövlət əmlakının qanunsuz olaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.скачать dle 12.1