Bia.Az

Bakının antiterror tədbiri ABŞ-ın marağındadır

Siyasət
 23-09-2023, 12:07     302

ABŞ rəsmiləri və konqresmenlər Azərbaycanın antiterror tədbirinə qarşı açıqlamalar versələr də, Qarabağda antiterror əməliyyatı Vaşinqtonun maraqlarına cavab verir. Çünki Azərbaycanın uğurlu hərbi əməliyyatı və Qarabağın tamamına nəzarəti bərpa etməsi ermənilərin Rusiyaya nifrətini artırıb, İrəvanda Rusiyanın hərbi bazasından imtina və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq barədə şüarlar güclənib. Vaşinqtona da elə bu lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Təsadüfi deyil ki, bu ərəfədə senator Cerri Pitersin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti Ermənistanda səfərdədir. Amerika heyəti Ermənistanın Baş naziri Nikol Paşinyanı inandırmağa çalışacaqlar ki, ABŞ Rusiyanı əvəz etməyə hazırdır. Bu Kremli Ermənistan hökumətinə qarşı daha çox qıcıqlandıracaq”.скачать dle 12.1