Bia.Az

Azərbaycanda "App Store"nin çökməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO

Cəmiyyət
 22-09-2023, 21:41     276

Ölkədə bəzi smartfonlarda istifadə olunan “App Store” tətbiqi iflic olub.

Bir neçə gündür ki, istifadəçilər bu tətbiqin xidmətlərindən yararlana bilmirlər.

Mütəxəssislər əvvəllər belə problemin qeydə alınmadığını deyirlər.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Rəşad Əliyevin sözlərinə görə, məsələ yalnız ölkə səviyyəsindədir:

“Düşünürəm ki, bu, telefonlara ziyanverici proqramların yüklənməsinin qarşısını almaq üçündür”.


R.Əliyev onu da qeyd etdi ki, problemin nə vaxt aradan qaldırılacağı məlum deyil.
скачать dle 12.1