Bia.Az

Bakıda gənc oğlanı avtomobil vurub

Hadisə
 22-09-2023, 02:02     515

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Fərmanzadə Cəsur Mehman oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.скачать dle 12.1