Bia.Az

BMT TŞ-də müzakirə: əleyhimizə və lehimizə kimlər danışır?

Siyasət
 22-09-2023, 01:55     532

Xəbər verdiyimiz kimi, hazırda BMT TŞ-də Qarabağ üzrə dinləmələr keçirilir.

Axar.az xəbər verir ki, iclasa Albaniya sədrlik edir.
Ayrı-ayrı ölkələrin nümayəndələrinin çıxışlarından parçaları təqdim edirik:
BMT Təhlükəsizlik Şurasının iclasında Fransanın Xarici İşlər naziri Ketrin Kolonna Azərbaycanın Qarabağda həyata keçirdiyi hərbi əməliyyatı tənqid edərək mövcud vəziyyəti "təcavüz" adlandırıb.
Fransa BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanı silahı yerə qoyan Qarabağ ermənilərinə amnistiya elan etməyə və regionda beynəlxalq mövcudluğa zəmanət verməyə çağırıb.
BƏƏ nümayəndəsi bildirib ki, Əmirlik Rusiyanın vasitəçiliyi ilə Qarabağda atəşkəs əldə olunmasını alqışlayır:
"Qarabağda mülki insanların həlak olmasından dərin təəssüf hissi keçiririk və sülhməramlıların itkisinə görə təəssüflənirik. Qarabağa sülh və humanitar yardım çatdırılmalıdır.
Rusiyanın vasitəçiliyi ilə "Dağlıq Qarabağ”da atəşkəs əldə olunmasını alqışlayırıq".
Britaniya XIN rəhbəri Ceyms Kleverli bildirib ki, Birləşmiş Krallıq Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq tanınmış sərhədlərini dəstəkləyir:
“Biz Qarabağda erməni əhalinin təhlükəsizliyinə təminat veriləcəyinə ümid edirik.
Laçın yolu açılmalıdır. Azərbaycanın ərazibütövlüyü tam şəkildə tanınır.
Azərbaycan Qarabağ sakinlərini danışıqları bərpa etməyə çağırırıq ki, onlar sülh şəraitində yaşaya bilsinlər”.
ABŞ nümayəndəsi: "ABŞ “Dağlıq Qarabağ”dakı vəziyyətdən ciddi narahatdır və hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq. Mülki zorakılıq xəbərlərindən narahatıq.
Azərbaycan öz qüvvələrinin beynəlxalq hüququn müddəalarına, eləcə də mülki şəxslərin müdafiəsi üçün döyüş qaydalarına ciddi əməl etməsini təmin etmək üçün məsuliyyət daşıyır. Azərbaycanın da öz ərazisində yaşayan bütün insanların insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə bağlı beynəlxalq öhdəlikləri var.
Birləşmiş Ştatlar hər iki tərəfi humanitar təşkilatlara humanitar yardım çatdırmaq üçün imkan yaratmağa çağırır. Humanitar yardımın çatdırılmasından bir gün sonra Azərbaycanın hərbi əməliyyatlara başlaması məyusedicidir.
ABŞ Qarabağ erməniləri üçün 24 milyon dollar ayırıb".
İsveçrə nümayəndəsi: “İsveçrə Qarabağdakı hərbi əməliyyatlardan dərin narahatdır. Gücdən istifadə yolverilməzdir.
BQXK-nin humanitar yardım göstərmək üzrə öz öhdəliklərini yerinə yetirməlidir. Tərəfləri 10 noyabr 2020-ci il tarixli bəyanata əməl etməyə çağırırıq. Ermənistanla Azərbaycan arasında davamlı sülh danışıqlar masası arxasında müzakirə edilməlidir. İsveçrə münaqişənin həllinə yardım etməyə hazırdır”.
Rusiya Federasiyasının nümayəndəsi:
“Sentyabrın 19-da eskalasiya baş verdi. Rusiya sülhməramlıları atəşkəs üçün məsuliyyəti öz üzərinə götürdü. RMK-nın itkiləri var. 1000-dən çoxu uşaq olmaqla, 3000 mindən çox mülki şəxs sülhməramlıların bazasına sığınıb.
Bu gün Yevlax şəhərində tərəflərin görüşü keçirilib. Rusiya Federasiyası münaqişənin həllində böyük rol oynamaqda davam edir. Mövcud vəziyyətdən çıxmaq üçün yol xəritəsi hazırlanmalıdır.
Rusiya Federasiyasının regiondakı rolunun alternativi yoxdur və o öz rolunu oynamağa davam edir. Biz humanitar problemləri danışıqlar yolu ilə həll ediləcəyinə ümid edirik. Azərbaycan de-yure öz ərazisində hərbi əməliyyatlar həyata keçirib".
Rusiya Qarabağda rus sülhməramlıların ölümü ilə bağlı araşdırma aparan Bakının bəyanatını nəzərə alıb. Rusiya sülhməramlıları Dağlıq Qarabağda öz funksiyalarını vicdanla yerinə yetirməkdə davam edirlər".
Braziliya nümayəndəsi:
“İclasa görə Fransaya (dinləmələrin təşəbbüskarı Fransadır - red.) təşəkkür edirik.
Rus sülhməramlıların həlak olması bizi dərindən kədərləndirdi.
Atəşkəs təşəbbüsünü alqışlayırıq.
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik.
Laçın dəhlizi açılmalıdır".
Çin və Qana nümayəndələri rus sülhməramlıların həlak olmasından təəssüfləndiyini bildirib və tərəfləri sülhə çağırıb.
Qana Azərbaycanın antiterror əməliyyatı apardığını da xüsusi vurğulayıb.
Mozambik nümayəndəsi: “Biz çoxlu itkilərdən narahatıq və təəssüf edirik. BMT Nizamnaməsi münaqişələrin həlli üçün vahiddir. Biz münaqişənin dayandırılmasının tərəfdarıyıq və atəşkəs rejimini alqışlayırıq və sülhməramlıları müsbət qiymətləndiririk. Tərəflər danışıqlar masasına qayıtmalıdırlar”.
Qabon nümayəndəsi: "Tərəfləri 2020-ci ildə imzalanan bəyanata əməl etməyə çağırırıq".
Yaponiya nümayəndəsi: “Biz narahatlığımızı bildirdik və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırdıq. Vəziyyət hələ də qeyri-müəyyəndir. Qarabağda humanitar problemlər ilə məşğul olmaq lazımdır, dinc əhalinin həyatı təhlükə altına düşməməlidir. Dialoq kritikdir, biz sülhə çağırırıq”.
Türkiyə nümayəndəsi: "Son 3 ildə görürük ki, Ermənistan tərəfi bəyanatı icra etməmişdir. Xankəndidəki qondarma qurumlar fəaliyyətini davam etdirir.
Azərbaycanın başqa çıxış yolu yox idi. Öz sabitliyi üçün bu antiterror əməliyyatına başladı. Bu onun öz vətəndaşlarına qarşı olan öhdəliyidir.
Ermənistan öz vədlərini təmin etməli. Zəngəzur dəhlizini açmalıdır. Qarabağ Azərbaycan ərazisidir".скачать dle 12.1