Bia.Az

TƏCİLİ! İrəvan ya Bakı deyəni imzalayacaq, ya... - ŞOK GƏLİŞMƏ

Gündəm
 19-09-2023, 13:38     302

İlk yayımlanma saatı: 09:11
Bölgədə Azərbaycan-Türkiyə tandemini yenəcək qüvvə yoxdur, olmayacaq; tədricən “tilov yemi”nə çevrilən Ermənistan Bakının şərtlərini qəbul etməsə, 29.7 min kv km-lik ərazidə də mövcud olmayacaq...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Məclisinin sessiyasına yollanmazdan öncə Nikol Pasinyan hökumətinə ağlını başına yığmaq üçün daha bir təklif göndərib: erməni rəhbərin də qatılması istənilən “dördlü masa” - “Türkiyə masası”. Buna İrəvanın unikal şansı da demək olar. Niyə?
Əvvəla, Ərdoğan açıqlamasında açar bir cümlə işlədib. Qeyd edib ki, “regionla bağlı vəziyyəti bu regiondan uzaq liderlərin yox, regionda olanların müzakirə eləməsi vacibdir”. Sözsüz ki, bu fikir boşuna deyilməyib və ilk növbədə öz qapıbir qonşularını qoyub çox-çox uzaqlarda, okeanın o tayında (ABŞ, Fransa) əbəs yerə xoşbəxtlik axtaran, Ermənistanı yad siyasi-hərbi qüvvələrin “poliqonu”na döndərən Paşinyan iqtidarına ünvanlanıb.
Qarabağda əməliyyat bu şəkildə olacaq – Detallar açıqlandı
Təklifin nəticəsi nə olacaq? Hələlik söyləmək çətindir. Çünki vurğulandığı kimi, axır vaxtlar rəsmi İrəvan bölgədən xeyli uzaqda olan, bölgəmizə faktiki dəxli olmayan paytaxtlara, güc mərkəzlərinə o dərəcə aludə olub ki, daha “ayağının altını” belə görmür. Əlbəttə, Rusiya da “süddən çıxmış ağ qaşıq” deyil. Amma gerçək budur ki, regionda partlayış həddinə gətirən məhz Nikol Paşinyan hökumətinin davam edən səbatsız siyasəti, sülh oyunbazlığı, həmçinin “blokada”, “etnik təmizləmə” nağılları ilə kövrək sülh prosesini darmadağın eləməsidir...
*****
Politoloq Asif Nərimanlı hesab edir ki, Ərdoğanın dördtərəfli (Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan) görüş təklifi regiondankənar oyunçuların bölgədəki proseslərdən kənarlaşdırmaq məqsədi güdür: “44 günlük müharibədən dərhal sonra bu prosesdə Türkiyə və Rusiya əsas oyunçu olsa da, sonrakı dövrdə, xüsusilə Ukrayna müharibəsindən sonra Fransa, ABŞ və Avropa İttifaqı oyuna aktiv daxil oldu; bu Rusiya qarşısında bir çox məsələdə Bakının manevr imkanını genişləndirsə də, əsasən Ermənistana sülh sazişindən yayınmaq imkanları qazandırdı”.
Onun qənaətincə, Ankara və Moskva prosesi yenidən ələ almaq istəyir və bu, Fransadan sonra ABŞ-ın da vasitəçilik məsələsində geriyə düşməsinə zəmin yarada bilər - xüsusilə Vaşinqtonun Qarabağla bağlı son mövqeyindən sonra.
Qarabağda əməliyyat BAŞLANACAQ: Ermənistan darmadağınla üz-üzə - Bazar Xəbər
Təhlilçinin sözlərinə görə, Türkiyə liderinin təklifinə Bakı və Moskva razı olacaq, İrəvanın isə bundan imtina edəcəyi, görüşə gəlsə belə, razılaşmalardan qaçacağı gözləntisi daha çoxdur. “Belə vəziyyətdə isə bölgədə yeni eskalasiya qaçılmaz olacaq və Ermənistan ciddi itkilər verəcək. İrəvanı yaxın perspektivdə regiondan kənar ölkələrin qoruması praktiki olaraq çətindir. Balansı poza biləcək yeganə ölkə İrandır. Lakin Tehranın siyasi xəttində müşahidə edilən korrektlər Paşinyan üçün çıxılmaz vəziyyəti yetişdirir”, - deyə o əlavə edib.
Ərdoğanın “dördlü masa” təklifinə N.Paşinyanın ilkin reaksiyası isə artıq məlumdur və gözlənilən, yəni yetərincə ürkək sayıla bilər. Sitat: “Bizə müxtəlif təkliflər gəlir. Bu, yeganə fikir deyil, mən yalnızca bunu ayırmaq istəmirəm. Bütün bunları kompleks şəkildə nəzərdən keçirmək lazımdır”.
Bu isə o deməkdir ki, Ermənistan baş naziri “dördlü masa”ya oturmaq üçün yəqin ki, uzaqdakı havadarlarının iznini alacaq. Yəni yenə qiymətli zaman itkisi. Özəlliklə də yavaş-yavaş “tilov yemi”nə çevrilən bədbəxt erməni xalqı üçün...  
*****
Qarabağda hərbi əməliyyat keçirilməlidirmi? - Sorğu
“Ermənistanın Suriyaya çevrilməsinə çox az - bir addım qalıb”.
Bunu isə Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş baş katibi Vaaqn Məlikyan deyib.
“Vəziyyət o qədər gərgindir ki, Suriyaya çevrilməyə bir addım qalıb və bunun səbəbi səriştəsiz diplomatiyadır. Dünyada durum çox həssasdır, əvvəlki dünya düzəni artıq yoxdur. Dünya çoxqatlı və çoxşaxəli dəyişikliklərə məruz qalır”, - erməni diplomat bildirib.
Məlikyan Ermənistanın Qərb, İran və Rusiya arasında təhlükəli oyunlara getdiyini söyləyib. “Rusiya-Ukrayna münaqişəsinin nəticəsi nə olur-olsun, kifayət qədər yeni və ciddi oyunçular ortaya çıxıb, yeni çağırışlar gətirdilər, ortaya yeni iddialar qoydular. Bizdən başqa hamı öz mövqeyini seçdi. Üstəgəl, çox təhlükəli oyunlar oynamağa başlamışıq, bunun fəsadları haqqında bir fikir yoxdur. Təkcə Qarabağa yox, Ermənistana da tezliklə "qış" gələcək", - sabiq baş katib vurğulayıb.
Qısası, Ermənistanın tam boşuna vaxt itirir. Çünki enində-sonunda Bakı-Ankara tandeminin dediyi olacaq. Ya olacaq, ya da... olacaq! Ağdam və Laçın yollarının Bakının şərtləri əsasında, paralel açılması bunun növbəti barız təsdiqidir. Habelə Qarabağdakı qanunsuz silahları dəstələrin tərk-silah edilməsi ilə bağlı gələn optimist xəbərlər. Bəzi məlumatlara görə, separatçılardan yığışdırılan ağır hərbi texnikanın bir azdan Laçın yolu ilə Qarabağdan çıxarılmasının da şahidi ola bilərik.
 Eləcə də sülh müqaviləsi məsələsində Ermənistan ya Bakının 5 məlum şərti (prinsipi) əsasında sülh sənədi imzalayacaq, ya da Ermənistan adlı saxta dövlət heç 29.7 min kv km-lik ərazidə də mövcud olmayacaq və Suriyaya çevriləcək. Seçsinlər...
Siyasət şöbəsi,
“Yeni Müsavat”скачать dle 12.1