Bia.Az

Terrorda və yol qəzasında həlak olan şəxslərə şəhidlik statusu veriləcək?

Cəmiyyət
 19-09-2023, 11:45     267

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Elektrikquraşdırma Müəssisəsinin Xocavənddə və Laçında həlak olan əməkdaşları mülki şəxs olduqları üçün onlara şəhidlik statusunun verilməsi məsələsinə qeydiyyatda olduqları yerli icra hakimiyyəti orqanları tərəfindən baxılacaq.

Musavat.com xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov məlumat verib.

Qeyd edək ki, 19 sentyabr 2023-cü ildə saat 03:45 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu “Shacman Howo” markalı nəqliyyat vasitəsinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlaması, törədilmiş terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 43 saylı idarəsinin əməkdaşları olan mülki şəxslər 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 21.11.1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviçin ölməsi müəyyən olunub.


Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində Elektrikquraşdırma Müəssisəsinin əməkdaşları Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həlak olub.скачать dle 12.1