Bia.Az

SON DƏQİQƏ! Ərdoğanın ŞOK PLANI üzə çıxdı - Hazırda gərgin danışıqlar gedir

Cəmiyyət
 18-09-2023, 14:14     277

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammit çərçivəsində 13-cü dəfə BMT Baş Assambleyasında çıxış edəcək. Kritik sammitdən bir müddət əvvəl "Financial Times" diqqətçəkən təhlil dərc edib.

Musavat.com xəbər verir ki, Britaniya nəşri Türkiyənin planı haqqında yazıb.

“Türkiyə bu ay keçirilən G20 sammitində razılaşdırılan Hindistan-Yaxın Şərq ticarət dəhlizi planına alternativ yaratmağa çalışır və bununla bağlı Türkiyənin xarici işlər naziri Hakan Fidanın İraq, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə gərgin danışıqlar aparır” - məqalədə bildirilir.
Qeyd edək ki, Hindistan-Yaxın Şərq planı çərçivəsində Hindistandan göndərilən məhsullar keçmişdə olduğu kimi Bağdad və Türkiyə vasitəsilə deyil, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail vasitəsilə Avropa bazarlarına göndəriləcək. Bu dəhlizin yaradılmasını dəstəkləyən ABŞ və Aİ-nin Çinin bölgədəki təsirini azaltmaq istədikləri bildirilir.

Məqalədə prezident Ərdoğanın bu plandan razı qalmadığı vurğulanıb.
 
Xatırladaq ki, Türkiyə lideri Hindistanda keçirilən G20 sammitindən sonra mövzu ilə bağlı açıqlama verib:

“Biz bunu deyirik: Türkiyəsiz dəhliz yoxdur. Türkiyə mühüm istehsal və ticarət bazasıdır. Şərqdən qərbə nəqliyyat üçün ən uyğun xətt Türkiyədən keçməlidir”.скачать dle 12.1