Bia.Az

14 saylı Şəmkir Ərazi Vergi İdarəsində nələr baş verir..? - Şəmkirin icra başçısının dövlətə 163 min 387 manat vergi borcu...

Fakt
 18-09-2023, 12:41     629

Heç kimə sirr deyil ki, bütün dövlətlər VERGİ SİSTEMİ üzərində dayanıb inkişaf edirlər. Əgər istehsalçılar vergidən külli miqdarda yayınarsa, bu təhsilin, səhiyyənin, ordunun və s sahələrin zəifləməsi demək olar.

Təsəvvür edirsiniz, ölkəmizdə 1 milyondan artıq təqaüdçü, penisioner var. Bunu dövlət ancaq vətəndaşların ödədiyi vergilərin hesabına saxlaya bilir. Bütün dünyada çalışırlar ki, vətəndaş vergidən yayınmasın, hətta “Vətənə sevgi, Dövlətə vergi” kimi şüarlardan da istifadə edilir. Amma min təəssüf ki, Azərbaycanda nəinki vergidən yayınmaq, hətta külli miqdarda yayınan şirkətlər də var.
Sözün qısası, bu yazıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Şəmkirdə yerləşən 14 saylı Ərazi Vergilər İdarəsində baş verən neqativ hallardan bəhs edəcəyik. Bu Ərazi İdarəsi Qazax, Tovuz, Ağstafa, Gədəbəy və Şəmkir rayonlarını, başqa sözlə, 10 min nəfərə yaxın vergi ödəyicisini əhatə edir.
Yeri gəlmişkən, bir məsələni təkrar-təkrar vurğulayırıq. Çünki çox ciddi məsələdir. Son illər hər rayonda təhsil, səhiyyə, vergi, ekologiya və s idarələrlə bərabər 5-6 rayonun üzərində REGİONAL (ƏRAZİ) idarələri də yaradılır, böyük struktur, dövlət vəsaiti, əlavə xərclər və s. Əgər X rayonunda təhsil sektoru və onun müdiri varsa və Təhsil Nazirliyinə tabedirsə, bu X rayonun üzərində əlavə bir Regional İdarəyə nə ehtiyac var..? Nə isə əsas mövzudan yayınmayaq.
Deməli, 14 saylı Ərazi Vergi İdarəsi Qazax, Tovuz, Ağstafa, Gədəbəy və Şəmkir rayonlarını əhatə edir. İndi bu idarənin müdirlərinə baxın, texniki işçilər yox ee...
İdarənin rəisi - Mənsimli Zaur Vahabəli oğlu
İdarənin rəis müavini - Məmmədov Cəbrayıl Məhəmməd oğlu
İdarənin rəis müavini - Abdullayev İlham Calal oğlu
İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin rəisi - Nadirov Elnur Qurban oğlu
Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinin rəisi - Sultanov Rizvan Ramiz oğlu
Operativ vergi nəzarəti şöbəsinin rəisi - Məmmədov Elçin Yolçu oğlu
Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin rəisi - Zeynalov Taleh Zahid oğlu
Səyyar vergi yoxlamaları şöbəsinin rəisi - Hüseynov Qaçay Hallac oğlu
Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəisi - Məmmədli Anar Vilayət oğlu Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsinin rəisi - Tağıyeva Təranə Mehmandar qızı
Hüquq şöbəsinin rəisi - Mustafayev Rövşən Yunis oğlu
Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin rəisi - Bayramov Afiq Maqsud oğlu Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi - Umudov Orxan İlqar oğlu
Baş mühasib - Yusifov Sənan Duman oğlu
Məsul şəxs - Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsinin dövlət vergi müfəttişi - Məmmədov Məmməd Nurəddin oğlu.
Bu adları QƏBUL SİYAHISIN-dan götürdük. Yəni burada sıravi işçilərdən söhbət getmir. Yenə yuxarıdakı sualı veririk: Bu struktura nə ehtiyac var..? Bu hələ harasıdır..? 14 saylı Ərazi Vergi İdarəsi üçün dəyəri milyonlar olan müasir bina da tikilib. Bu boyda stuktur, əməkdaşlar, sürücülər, avtomobillər və s...bəs ortada real iş varmı..?
Məlumata görə, Şəmkirin icra başçısı Rəşad Tağıyevin dövlətə 163 min 387 manat vergi borcu var. Bu icra başçısının birbaşa nəzarətində olan müəssisənin borcudur. Əgər icra başçısı vergidən külli miqdarda yayınırsa, 14 saylı Ərazi Vergi İdarəsi və onun rəisi Zaur Mənsimli nəyə lazımdır..? Kasıb-kusubdan vergi yığmaq üçün..?
İkinci bir fakta nəzər salaq..? 14 saylı Ərazi Vergi İdarəsinin əməkdaşları, hətta nəzarət şöbəsinin rəisi vətəndaşlar tərəfindən döyülüb və bu barədə cinayət işi açılıb..? Görəsən niyə yazmırlar ki, vətəndaş vergi əməkdaşlarını niyə döyüb..? İcra başçısına NƏZARƏT edə bilməyən idarə kimlərə nəzarət etmək istəyir..? Başqa bir misal ? Uzun illər Almaniyada yaşamış azərbaycanlı - Rəsul Orucov gəlib Ağstafa rayonunda Avropa modeli yaratmaq, ölkənin kənd təsərrüfatında inqilab etmək, xalqın rifahını yaxşılaşdırmaq üçün ölkə rəhbərinin iqtisadi islahatlar proqramına qoşulmaq istəyib. Bunun üçün əlindəki bütün sərmayəni qoyub, "Ağstafa Aqropark" kimi nəhəng bir kompleks inşa etdirdi. Hətta kompleksin açılışında ölkə Prezidentimiz cənab İlham Əliyev də iştirak etdi və Azərbaycanda analoqu olmayan bu obyektin ölkə iqtisadiyyatına hansı töhfələr verə biləcəyi barədə əvəzsiz fikirlərini də bildirdi. Sonradan Şəmkir şəhər 14 Saylı Ərazi Vergi İdarəsi həmin şirkətdə onlayn yoxlama aparmaq qərarına gəlib və virtual yoxlamalar nəticəsində şirkətə 6 milyon ƏDV və mənfəət vergisi hesablanıb.
Təsəvvür edirsiniz virtual yoxlama və...6 milyon vergi.. Sahibkar deyir ki, Kənd Təsərrüfatı məhsullarının İSTEHSALI ilə məşğul olduğu halda şirkətinin ƏDV və mənfəət vergisinə cəlb edilməsi gülüncdür. Çünki Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən, Kənd Təsərrüfatı məhsullarının istehsalı torpaq vergisindən başqa bütün digər növ vergilərdən azaddır.
İndi gördünüzmü, 14 saylı Ərazi Vergi İdarəsində nələr baş verir..? Bəs bu boyda neqativ halları Vergi Dövlət Xidmətinin rəisi Orxan Nəzərli görmür..?
P.S. Dövlət Vergi Xidməti işini elə qurub ki, 14 saylı Ərazi Vergi İdarəsi və onun rəhbəri Zaur Mənsimli nəyi ört-basdır etmək istəsə də alınmayacaq.
//gundelik-baku.com//скачать dle 12.1