Bia.Az

Bakıda azyaşlı qızı zorlayana HÖKM OXUNDU

Hadisə
 18-09-2023, 12:28     420

Bakıda azyaşlı qızı zorlamada təqsirləndirilən Cümşüd Arzuman oğlu Rəhimovun məhkəmə prosesi başa çatıb.

DİA.AZ Lent.az-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə Cümşüd Rəhimova hökm oxunub.

Hökmə əsasən, o, 11 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cümşüd Rəhimov Cinayət Məcəlləsinin 150.3.3 maddəsi (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə -səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə ittiham edilib.
скачать dle 12.1