Bia.Az

Artıq Zelenski də Üçüncü Dünya Müharibəsi təhlükəsindən DANIŞDI

Dünya
 18-09-2023, 12:17     281

Ukrayna prezidenti Volodimir Zelenski dünya düzəninin təhlükə altında olduğunu bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o,bu barədə ABŞ-ın CBS kanalının “60 dəqiqə” proqramına verdiyi müsahibəsində danışıb.

“Ukrayna süqut etsə, on ildən sonra nə baş verəcək? Sadəcə bu barədə düşünün. Ruslar Polşaya çatsa, bundan sonra nə olacaq? Üçüncü Dünya Müharibəsi?” – deyə Zelenski bu suallarla hər kəsə müraciət edib.

“Biz bütün dünyanın dəyərlərini müdafiə edirik. Ən yüksək qiyməti isə ukraynalılar ödəyir. Biz həqiqətən azadlığımız üçün mübarizə aparırıq, ölürük. Biz elmi fantastika deyilik, biz kitab deyilik. Biz dünyanı məhv etmək təhlükəsi yaradan nüvə dövlətinə qarşı real mübarizə aparırıq”,-deyə Ukrayna lideri danışıb.

Zelenski Qərbin Ukraynaya dəstəyinin olduqca mühüm olduğunu söyləyərək bunları əlavə edib:

“Mən hesab edirəm ki, onlar təkcə Ukraynanı dəstəkləmirlər. Ukrayna düşərsə, Putin sözsüz ki, yoluna davam edəcək. Putin Baltikyanı ölkələrə çatanda Amerika Birləşmiş Ştatları nə edəcək? O, Polşa sərhədinə nə vaxt çatacaq? Ukrayna daha nə etməlidir ki, hamı bizim böyük minnətdarlığımızı ölçə bilsin? Biz bu müharibədə həlak oluruq”.

Qeyd edək ki, Zelenski bu həftə BMT Baş Assambleyasında çıxış etmək üçün ABŞ-a getməyi planlaşdırırскачать dle 12.1