Bia.Az

Sürətlə hərəkət edən maşın DYP avtomobillərini əzdi

Cəmiyyət
 18-09-2023, 12:08     277

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Hava limanı istiqamətində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan “Toyota Karolla” markalı avtomobil DYP-nin xidmət maşınına çırpılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli qəzada ölüm hadisəsinin olmadığını bildirib:

“Qəza ötən gün axşam saatlarında Buzovna yolu istiqamətində qeydə alınıb. Arxadan gələn “Toyota Corolla” markalı avtomobil, DYP-nin xidmət avtomobilinə çırpılıb. Ölüm və xəsarət yoxdur. Maddi ziyan var. Araşdırma aparılır”.скачать dle 12.1