Bia.Az

"13 nəfərin şəxsiyyəti genetik laboratoriyada eyniləşdirilib" - Əli Nağıyev

Cəmiyyət
 18-09-2023, 11:54     243

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığı və ayrılmış vəsait hesabına Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsinin tərkibində genetik laboratoriya yaradılması və ən müasir avadanlıqlarla təmin edilməsi ölkə rəhbərinin bu sahəyə böyük önəm verdiyini bir daha təsdiqləyir”.

Musavat.com xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-polkovnik Əli Nağıyev deyib.

Sədr bildirib ki, artıq şəxsiyyəti müəyyən edilmiş 25 nəfərdən 13-ü Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsinin tərkibində yaradılmış genetik laboratoriyada eyniləşdirilmişdir.скачать dle 12.1