Bia.Az

Xırdalanda B.Cəfərov adına 3 nömrəli məktəb-liseydə 15 sentyabr-"Bilik günü"nə həsr olunmuş tədbir kecirilib

Cəmiyyət
 15-09-2023, 15:38     1 090

Bu gün Azərbaycanın bütün ümumtəhsil, orta ixtisas və ali təhsil məktəblərində ilk zəng çalınıb.

Azerinform.az xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhərindəki Bəxtiyar Cəfərov adına 3 nömrəli məktəb-liseydə 15 sentyabr - "Bilik günü"nə həsr olunmuş tədbir kecirilib. Tədbirdə məktəb-liceyin müəllim kollektivi, valideynlər və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Məktəb-licceyin direktoru Sevinc Əliyeva tədbir iştirakçılarını yeni dərs ili - 15 sentyabr "Bilik günü" münasibəti ilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən direktor təhsilin inkişafı istiqamətində görülən işlərin müsbət nəticələrindən danışıb. Sevinc Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsilə xüsusi diqqət və qayğı göstərdiyini vurgulayıb. 

İlk zəng çalındıqdan sonra qonaqlar sinif otaqlarında olub, birincilərlə söhbətlər ediblər.

Qeyd edək ki, yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub.



BİA.az
скачать dle 12.1