Bia.Az

Şahruddinin "Adana Demirspor"dan alacağı pula TƏƏCCÜBLƏNƏCƏKSİZ

İdman
 8-09-2023, 16:04     672

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyədən Azərbaycana dönüb.

O, hazırda millinin düşərgəsindədir və sabah Belçika ilə keçiriləcək rəsmi oyunun hazırlığına qoşulub.

29 yaşlı kiper gələn həftə yenidən qardaş ölkəyə dönəcək və "Adana Demirspor"la debüt anını gözləyəcək.

2016-cı ildən "köhlən atlılar"ın şərəfini qoruyan dağıstanlı artıq Super Liqa təmsilçisi ilə şəxsi müqavilə imzalayıb. Adana klubu bu keçiddən dolayı "Qarabağ"a 300 min avro təzminat ödəməyi öz üzərinə götürüb. "Şah"ın özü isə 2,5 il onlara məxsus olacaq.

Məhəmmədəliyev ilk 6 ayda 30 min avro əməkhaqqı alacaq. Növbəti iki ildə isə onun aylıq qazancı 40 min avro təşkil edəcək. (sportinfo.az)скачать dle 12.1