Bia.Az

"Olimpiadada Rusiya bayrağı ola bilməz” – Makron

Dünya
 8-09-2023, 15:15     342

2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarda rusiyalı idmançıların mümkün iştirakı ilə bağlı sualı cavablandıran Fransa prezidenti Emmanuel Makron deyib ki, Rusiya hərbi cinayətlər törətdiyi bir vaxtda olimpiadada Rusiya bayrağı qaldırıla bilməz.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki. idman qəzeti L'Equipe-ə verdiyi müsahibədə Makron 2024-cü il olimpiadasında Rusiya bayrağının ləğv edilməsi ilə bağlı konsensusun olduğuna inandığını söyləyib.

Bununla belə, o əlavə edib ki, Rusiya və Belarus idmançılarının fərdi qaydada yarışlara buraxılması ilə bağlı yekun qərar Beynəlxalq Olimpiya Komitəsi (BOK) və onun rəhbəri Tomas Baxdan asılı olacaq.скачать dle 12.1