Bia.Az

İntim videolar çəkən FHN-nin sabiq polkovniki ilə bağlı YENİ XƏBƏR

Cəmiyyət
 6-09-2023, 16:58     290

Bakı Apellyasiya Məhkəməsində Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Turantv.az  pravda.az-a istinadən xəbər verir ki, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təyin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxs tərəfindən qaldırılan mülki iddianın 4 min manatı təmin edilib. Hökmdən həm polkovnik, həm də zərərçəkmiş qadın apellyasiya şikayəti verib. Qadın qaldırdığı 192 min manatlıq mülki iddianın az hissəsinin təmin edilməsindən və təqsirləndirilən şəxsə təyin olunmuş cəzadan razı deyil. O, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək cəzanın ağırlaşdırılmasını, mülki iddiada tələb etdiyi məbləğin tam ödənilməsini istəyir.
Z.Mirzəyev ötən ilin avqustunda həbs edilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub. İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.скачать dle 12.1