Bia.Az

Barəsində cinayət içi açılan vəzifəli şəxs vəfat etdi - FOTO

Cəmiyyət
 6-09-2023, 02:32     323

Salyanda bələdiyyə sədri ölüb.

“Report"un Aran bürosunun məlumatına görə, rayonun Şorsulu kənd bələdiyyəsinin sədri Famil Məmmədov bu gün axşam saatlarında Şirvan Şəhər Mərkəzi xəstəxanasında vəfat edib.

Yaxınlarının dediyinə görə, mədəaltı vəzisinin şişməsi onun şəkərini qaldırıb.

Qeyd edək ki, Famil Məmmədov 1978-ci ildə rayonun Şorsulu kəndində doğulub. 8 ildir ki kənd bələdiyyəsinin sədri vəzifəsində işləyirdi. 
Qeyd edək ki, istintaqla ƏMDX-nin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədovun həmin Xidmətin vəzifəli şəxsləri, yerli ərazi şöbələrinin müdirləri, bələdiyyə sədrləri və digər şəxslərlə qabaqcadan əlbir olaraq dövlət qurumunun müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsi məqsədilə 169 halda rüşvət almaları, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, eləcə də bir sıra hallarda vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmələrinə (nüfuz alveri) əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı ümumilikdə 19 vəzifəli şəxs barəsində, o cümlədən Salyan rayonun Şorsulu bələdiyyəsinin sədri Famil Məmmədova açılan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.




скачать dle 12.1