Bia.Az

Qobustanın Bədəlli kəndində Balayeva bacıları ÖLÜMLƏ ÜZ-ÜZƏ - Başcı müavini Məharət Əkbərov isə... / Dəhşətli video

Bölgə
 7-09-2023, 12:48     1 136

Bia.AZ- ın verdiyi məlumata görə avqust ayının 25-26-27-də aramsız yağan yağışlardan sonra, Qobustan rayonunun Bədəlli kəndində yaşayan imkansız ailə olan Səfayə və bacısı əlil, Balayeva Solmaz Bəhrəm qızının yaşadığı evin fasad divarı aşmışdır. Divar aşdıqdan sonra, ev qəzalı vəziyyətə düşmüş, hər an həyati təhlükə yaratmışdır. Aidiyyatı qurumlara müraciətlər olunsa da, Balayeva bacılarının acınacaqlı vəziyyəti heç kimi maraqlandırmır.

Qobustan İH-nin birinci müavini Məharət Əkbərovun qəbulunda olan Səfayə Balayevaya köməklik vəd olunsa da, heç bir köməklik göstərilmir. Əvvəlki vərdişinə sadiq qalan Məharət Əkbərov, bu dəfə də "öz məharətini" göstərir. Yəni, illərdir bu məmur söz verib, əməl eləməyi artıq vərdiş edib. Bu səfər Balayeva bacıları sözün həqiqi mənasında hər an ölümlə üz-üzədirlər. Allahdan arzumuz odur ki, hec olmasa bu səfər Məharət müəllimə insaf versin, Balayeva bacılarının ölümünə bais olmasın! 

Mövzunu diqqət mərkəzində saxlayacagıq.

BİA.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

BİA.az
скачать dle 12.1