Bia.Az

Paşinyan Rusiya haqda arsız danışır - Zatulin

Dünya
 5-09-2023, 10:07     282

Ermənistanın Baş naziri Nikol Paşinyan getdikcə daha çox Rusiyaya qarşı arsız bəyanatlar səsləndirir.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst Konstantin Zatulin deyib.
“Paşinyan Rusiya haqqında getdikcə daha açıq və daha arsız danışır. Nümayəndə heyətlərimizlə rəsmi danışıqlar zamanı Paşinyan özünü daha çox düşməncəsinə aparır”, - o bildirib.

Onun fikrincə, Nikolun bu davranışı onun Ermənistan müxalifətinin zəifliyinə inamı ilə bağlıdır:

“Paşinyan Ermənistanı Yaxın Şərq ölkəsinə çevirməyə doğru gedir. Harda ki, alıb-satmaq başlıca rol oynayır, ancaq şəxsi rifah var, milli maraqlar yoxdur”.

Zatulin onu da bildirib ki, Paşinyanın ətrafında türklərlə, azərbaycanlılarla açıq şəkildə ortaq biznesə girən insanlar var ki, əvvəllər bu, qətiyyən mümkün deyildi.скачать dle 12.1