Bia.Az

7 ay əvvəl yüksək vəzifəyə təyin edilən şəxs işdən çıxarıldı

Cəmiyyət
 5-09-2023, 10:04     270

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun inzibati məsələlər üzrə müavini Ruslan Əliyevin işinə xitam verilib.

"Report"un Qərb bürosunun məlumatına görə, bu ilin fevral ayında adıçəkilən vəzifəyə təyin edilən R.Əliyevin işinə xitam verilərək tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, R.Əliyev Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri, Nizami rayon şöbəsində Pensiya sektorunun müdiri vəzifəsindən azad edilərək bu vəzifəyə təyinat almışdı.скачать dle 12.1