Bia.Az

Veysəl Əylisli və Fuad Muradov qalmaqalı BÖYÜYÜR - Nizami rayon 24-cü polis şöbəsində araşdırılır

Cəmiyyət
 4-09-2023, 16:07     1 022

Əməkdaşımız Veysəl Əylisli Bia.az saytının Tiktok platformasında paylaşdığı bir videoya görə Fuad Muradov tərəfindən təhqirə və təhdidə məruz qalıb..

F. Muradov Veysəl Əylisliyə zəng edərək həmin materialı səhifədən sildiməyi tələb edib. Əks təqdirdə onun başına torba keçirdərək hüzuruna  gətirdirəcəyini deyib.

Veysəl bəy deyir: "Mən ona görüşək, məsələni sülh yolu ilə araşdırıb, həll edək təklifini etdim. Fuadın cavabı isə özünə məxsus oldu. "Sənin nomrən məndə var və polisin əlilə adresini tapıb, səni götüzdürəcəm, başına torba salıb gətizdirib putulkaya ........." 10 gün gözləməyimə ragmən hələ də ortalıqda yoxdur. Tiktokda paylaşdığım videoya 99 faiz rəy yazanlar onların əlehinə döşəyib. Mənim paylaşdıgım video deyəsən onun içini yandırıb. Bəs, uşaqpulu tələb edən ana və bacılarımıza edilən təhqirləri bizi yandırmıdı?! Zəhmət çək xalqdan üzür istə, mən də o videonu silərəm, təklifimə rəgmən məni təhqir edərək, sən müxalifətcisən, səni Bəxtiyar Hacıyevin gününə qoyacam, başına torba salıb gətizdirib, putulkaya ........  Bu adam görün hansı təfəkkürün daşıyıcısıdır, hansı dövlətcilikdən, hansı vətənpərvərlikdən danışa bilər..."

Veysəl Əylisli bildirir ki, məsələ ilə baglı Daxili İşlər Nazirliyinə müraciət edib və dərhal da reaksiya verilib:"Hazırda şikayətim Nizami rayon 24-cü polis şöbəsində araşdırılır."

BİA.az
скачать dle 12.1