Bia.Az

Adı qalmaqalda hallandırılan "Qoşa Qala" restoranı fəaliyyət göstərmir - Menecerdən təkzib...

Sosial
 29-04-2020, 17:00     410

Adı qalmaqalda hallandırılan "Qoşa Qala" restoranı fəaliyyət göstərmir - Menecerdən təkzib...Bu gün dövrü mətbuatda bir müddət əvvəl prezident tərəfindən töhmət verilən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov haqqında yeni məlumatlar yayılıb. Yayılan məlumatda "Qoşa Qala" restoranınından da bəhs edilir. Bununla bağlı PİA.az-a "Qoşa Qala" restoranının meneceri Toğrul Qurbanovun adından təkzib məktubu daxil olub. Məktubda bildirilir ki, "Qoşa Qala" restoranı 09.03.2020 -ci il tarixindən fəaliyyətini dayandırıb və qorunmaq üçün Xəzər rayonu Mühafizə Polisi İdarəsinin əməkdaşlarına təhvil verilib.

Toğrul Qurbanov "Qoşa Qala" restoranının Bakıda yerləşdiyini və İsmayıllı ilə heç bir əlaqəsinin olamdığını da vurğulayıb: "Ola bilər ki, sözü gedən hadisə İsmayıllıda və yaxud da Bakıda yerləşən başqa bir restoranda baş versin. Lakin bunun "Qoşa Qala" restoranını ilə heç bir əlaqəsi yoxdur. Rəsmi şəkildə bildirirəm ki, "Qoşa Qala" restoranı hazırda fəaliyyət göstərmir və sözü gedən yazıda yanlışlığa yol verilib. Mətbu orqanlardan da tələb edirik ki, "Qoşa Qala" restoranın adı bu tipli qalmaqallarda hallandırılmasın".скачать dle 12.1