Bia.Az

Onkoloji xəstəlikdən əziyyət çəkən xalq artistinin SON HALI - FOTO

Cəmiyyət
 3-09-2023, 02:13     642

Onkoloji xəstəlikdən əziyyət çəkən Xalq artisti Ramiz Məlikin son halı görənləri təəccübləndirib.

80 yaşlı sənətkarın fotosunu Akademik Milli Dram Teatrının aktyoru Əməkdar artist Aslan Şirin sosial şəbəkə hesabında paylaşıb.

Şəkildə R.Məlikin xəstəliyi ilə bağlı xeyli çəki atması diqqətdən yayınmayıb. A.Şirin həmkarı ilə birgə çəkilən fotoya "Siz mənim üçün çox önəmli birisiniz. Xətriniz əzizdir, Ramiz müəllim. Na yaxşı ki, sizi tanımışam. Allah sizə uzun ömür versin" şərhini yazıb.

Qeyd edək ki, Ramiz Məlik avqust ayının ortalarında Bizim.Media-ya açıqlamasında səhhətinin normal olduğunu və müalicələrini evdə qəbul etdiyini bildirmişdi.

Xatırladaq ki, sənətkar 80 illik yubileyi münasibəti ilə dövlət başçısı tərəfindən "Şöhrət" ordeninə layiq görülüb./Bizim.Media 




скачать dle 12.1