Bia.Az

Paşinyandan ŞOK: Rusiya regionu tərk edir, Laçın dəhlizindəki sülhməramlılar...

Siyasət
 3-09-2023, 01:50     642

"Əslində, Laçın dəhlizi Rusiya Federasiyası sülhməramlı kontingentinin nəzarətində olmalı idi. Lakin indi belə deyil".

Musavat.com xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsi zamani deyib.

O bildirib ki, bunun iki səbəbi var: ya Rusiya Federasiyası Laçın dəhlizdə nəzarəti saxlaya bilmir, ya da saxlamaq istəmir:
"Düşünürəm ki, bəzi yerlərdə saxlamaq istəmirlər, bəzi yerlərdə isə bacarmırlar. "Dağlıq Qarabağdakı" (qondarma - red.) Rusiya sülhməramlı qüvvələri üçtərəfli bəyanatın üzərinə götürdüyü missiyasını yerinə yetirmir".

Paşinyanın sözlərinə görə, Rusiya Cənubi Qafqaz regionunu tərk edir:

"Bir gün biz oyanıb Rusiyanın artıq burada olmadığını görə bilərik".

Ermənistanın Baş naziri ölkəsinin təhlükəsizlik arxitekturasının Rusiya ilə bağlı olduğunu da vurğulayıb:

"Lakin bu gün Rusiya Federasiyasının özünün silah və sursata ehtiyacı var və bu vəziyyətdə o, istəsə belə, Ermənistanın təhlükəsizlik ehtiyaclarını təmin edə bilməz. Yəni təhlükəsizlik sahəsində yalnız bir tərəfdaşdan asılı olmaq strateji səhvdir. İndi biz təhlükəsizlik siyasətimizi şaxələndirməyə cəhdlər edirik".

Paşinyan sülh müqaviləsindən də danışıb. O iddia edib ki, Ermənistan sülh üçün nə lazımdırsa, etməyə çalışır:

"Biz Praqada və Brüsseldə razılığa gəldik ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyaraq sülh müqaviləsi imzalamalıdır. Bəzi məsələlərdə irəliləyişlərimiz oldu, sonra ən çətin məsələlərdə fikir ayrılıqları meydana çıxdı. İrəvan və Bakının sülh sazişinə nə qədər yaxın olduğunu demək çətindir. Ermənistan sülh gündəliyini təbliğ edir. Sülh üçün nə lazımdırsa, etməyə çalışırıq".скачать dle 12.1