Bia.Az

Beşdaşdan Kılıçdaroğluna: Özdağla gizli protokol...

Dünya
 2-09-2023, 14:02     287

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) Ərzurum üzrə deputatı Maral Danış Beşdaş CHP lideri Kamal Kılıçdaroğlunu sərt tənqid edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Deputat Türkiyədəki prezident seçkiləri zamanı Kılıçdaroğlu ilə Zəfər Partiyasının sədri Ümid Özdağ arasında imzalanın gizli protokola münasibət bildirib.

“Kılıçdaroğluya səs verdik ki, Ümid Özdağ nazir olsun? Milyonlarla insandan Kılıçdaroğlu üçün səs istədik. Bizi bir yana qoyun, dostları da bunu bilmir. Mən bunu düzgün hesab etmirəm. Ü.Özdağın Kılıçdaroğluya təklif etdiyi şərtləri partiyamız heç vaxt qəbul etməyəcək”, - deputat vurğulayıb.

Qeyd edək ki, Türkiyədəki prezident seçkilərinin 2-ci turundan əvvəl Kılıçdaroğlu ilə Özdağ arasında gizli protokolun imzalanması ilə bağlı məlumat yayılıb. Protokola əsasən, Özdağ daxili işlər naziri olmalı idi. Bununla yanaşı, MİT rəhbərliyinə keçəcəyi də vurğulanırdı.скачать dle 12.1