Bia.Az

"Texnofest" yenidən Azərbaycanda keçiriləcək?

Gündəm
 2-09-2023, 13:58     302

"Texnofest"in Azərbaycanda təşkili ilə bağlı ən böyük üstünlüyümüz dil birliyidir.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fateh Kacır deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan xalqları eyni dildə danışırlar: “Ləhcələrimiz bir az fərqli olsa da, eyni dildə danışırıq. Bir-birimizi rahat başa düşürük. Bu, işimizi çox asanlaşdırır”.

M.F.Kacırın sözlərinə görə, başqa ölkələr də "Texnofest"in təşkilində maraqlıdırlar.

Qeyd edək ki, "Texnofest" 2022-ci ildə Bakıda təşkil olunub. “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Bakıda yenidən festival keçirməyə hazır olduqlarını bildirib.скачать dle 12.1