Bia.Az

İsveç ümidlə gözləyir - Türkiyə parlamenti bu ölkənin NATO üzvlüyünü təsdqiləməlidir

Dünya
 1-09-2023, 15:21     220

İsveç oktyabrda Türkiyə parlamentinin iclası zamanı Ankaranın şimal ölkəsinin NATO üzvlüyünü ratifikasiya edəcəyinə ümid bəsləməkdə davam edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu krallığın xarici işlər naziri Tobias Bilstrom deyib.

Xarici işlər naziri xatırladıb ki, NATO-nun iyul sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin alyansa qoşulmaq üçün verdiyi müraciətə oktyabrda parlament tərəfindən baxılması barədə razılığa gəlib. Türkiyə lideri daha sonra deyib ki, son qərar deputatlarındır.

"İsveç hökuməti yayda heç bir siqnal almadı, ona görə də Vilnüsdə verilən bəyanatın qüvvədə olması məsələsi hələ də aktualdır", - İsveç Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Artıq sammitdən sonra, 2023-cü ilin avqustunda Ərdoğan bəyan etmişdi ki, İsveçin müraciətinə Türkiyə parlamentində nə vaxt baxılacağı məlum deyil. Amma o, Türkiyə qanunvericilərinin məsələ ilə bağlı qərar verəcəyinə söz verib.скачать dle 12.1