Bia.Az

Ermənilər Ağdam-Xankəndi yolunu bağladı – BARYERLƏR qurulur – gərginlik PİK HƏDDƏ

Gündəm
 1-09-2023, 15:15     245

Qarabağdakı erməni separatçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) ərzaq yükünün Xankəndiyə çatdırılmasını əngəlləmək üçün Ağdam-Xankəndi yolu üzərində, Əsgəran yaxınlığında etiraz aksiyası keçirirlər.

Görüntülərdən aydın olur ki, onlar faktiki olaraq yolu bloklayıblar. Guya Xankəndidə "humanitar fəlakət" yaşandığını dünyaya car çəkən ermənilərin ərzaq yükünün məhz Azərbaycandan gəlməsinə maneçilik törətməsi rasizmdir və bu davranış beynəlxalq ictimaiyyət tərəfindən ciddi qınanmalıdır.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 15.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 
 скачать dle 12.1