Bia.Az

Bu il universitetə qəbul olan şəhid övladları (SİYAHI)

Cəmiyyət
 31-08-2023, 22:29     379

Dövlət İmtahan Mərkəzi (DİM) 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə yerləşdirməsinin nəticələrini elan edib.

Ali məktəblərə qəbul olan məzunlar arasında şəhid övladları da var.

Qaynarinfo universitetə qəbul olan şəhid övladlarını təqdim edir:

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qızı Aysu Əsgərli Türkiyənin Bursa Uludağ Universitetinin Stomatologiya fakültəsinə daxil olub.


Vətən müharibəsində şəhid olan baş leytenant Azər Şəmilovun qızı Aynurə Şəmilova ADA Universitetinin Hüquqşünaslıq fakültəsində təhsil alacaq.

Şəhid polkovnik-leytenant Nail Orucovun oğlu Əlihəsən Orucov Azərbaycan Memarlıq və İnşaat universitetinə qəbul olub.

Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Mehman Qənbərovun oğlu Nurlan Qənbərov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika mühəndisliyi fakültəsində təhsil alacaq.

Şəhid çavuş Niyazi İsgəndərovun oğlu Ömər İsgəndərov Mingəçevir Dövlət Universitetinin İnformasiya texnologiyaları fakültəsinə qəbul olub.

Şəhid polkovnik-leytenant Sənan Axundovun qızı Nəzrin Axundova – Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universiteti (ГАСУ) Memarlıq fakültəsi.

скачать dle 12.1