Bia.Az

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Dəhşətli virus YAYILIB - Özünüzü belə QORUYA BİLƏRSİNİZ

Dünya
 31-08-2023, 01:38     349

İranda təhlükəli xəstəlik yayılıb. Ölkədə Krım-Konqo qızdırmasına yoluxma halları artıb. İranda 60 nəfər Krım-Konqo qızdırmasına yoluxub və onlardan 3-ü həyatını itirib. Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Təhlükəli xəstəliyə yoluxanlardan 9-u Ərdəbil əyalətindəndir.

 Ərdəbil Tibb Elmləri Universitetinin rektor müavini Məhəmməd Cəfərzadə xəstəliklə bağlı xəbərdarlıq edib.

Bəs bu xəstəlik Azərbaycana da yayıla bilərmi və bununla bağlı tədbir görmək lazımdırmı?

Bu barədə Referans.az-a danışan Uzm. Dr. infeksionist Vasif Əliyev bildirib ki, bu qızdırma ilə keçən və son zamanlar geniş yayılan bir xəstəlikdir:

“Bu xəstəlik hemorozit qızdırma adlandırılır. Həm qan azlığı ilə, həm də yüksək hərarətlə gedən bir xəstəlikdir. Adından da bəlli olduğu kimi Kırım-konqo, yəni qan temperaturu adlanır. Bu xəstəliyə daha çox Afrika bölgəsində, Türkiyədə və Aralıq dənizi ölkələrində rast gəlinir. Sözügedən xəstəliyin hazırda Azərbaycanda olduğuna dair hər hansı bir məlumat verilməyib”.

Kırım-konqo virusunun daha çox endemik bölgələrdə mövcud olduğunu deyən infeksionist bildirib ki, Azərbaycanın endemik bölgəsi olmadığı üçün burada yoluxma halının olacağı istisna olunmur: “Düşünürəm ki, bizdə çox nadir hallarda buna yoluxma baş verə bilər. Ola bilər ki, hər hansısa bir vətəndaş bu xəstəliyin olduğu bir ölkəyə səfər edib yoluxsun, daha sonra bizim ölkədə ona bu diaqnoz qoyulsun. Mövcud xəstəlik daha çox isti bölgələrdə özünü büruzə verir”.

Vasif Əliyev əlavə edib ki, xəstəlik əsasən özünü qızdırma və qanama şəklində büruzə verir.скачать dle 12.1