Bia.Az

Zibeydə Sadıqova da intizam məsuliyyətinə cəlb ediləcək?

Siyasət
 30-08-2023, 18:55     274

Tanınmış vəkil Zibeydə Sadıqova barədə Vəkillər Kollegiyasına şikayət daxil olub.

Turantv.az xəbər verir ki, bu barədə vəkil sosial şəbəkə hesabında paylaşım edib.

Vəkilin sözlərinə görə, ötən gün Vəkillər Kollegiyasından zəng edərək onu hansısa şikayətlə bağlı rəyasət heyətinin cümə günü keçiriləcək iclasına çağırıblar.

Z. Sadıqova saytımıza açıqlamasında deyib ki, Kollegiya onun barəsində rəy qəbul edib:

“Dəqiq nə məsələ olduğunu bilmirəm. Sonuncu dəfə vəkillərlə bağlı xoş olmayan fikirlər bildirən millət vəkili ilə bağlı status paylaşmışam. Ola bilər ki, o da bir səbəbdir. Konkret olaraq onu dedilər ki, sizin barənizdə rəy qəbul edilib, intizam komissiyasının iclasına gəlməlisiz. Rəyi istəyəndə isə deyirlər ki, Kollegiyadan imza edib götürə bilərəm. İclasa 2 gün qalıb, mən indi xəbər tuturam ki, barəmdə rəy var imiş, intizam tədbiri görmək istəyirlər. Nə baş verir, növbə məndədir…?”.

Qeyd edək ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin bundan əvvəl keçirilən iclasında Elçin Sadıqov və başqa iki vəkilin vəkillik fəaliyyətinin dayandırılması, Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə məhkəməyə müraciət edilməsi qərara alınıb.


 скачать dle 12.1